"İnter Mayami"nin superulduzu Lionel Messi MLS+MX Liqaları Kuboku çərçivəsində evdə "Atlanta Yunayted"ə qarşı keçirdikləri oyunda (4:0) iki qol vurub və bir məhsuldar ötürmə müəllifi olub.
Fanat.Az xəbər verir ki, argentinalı forvard komandasının qələbəsində böyük pay sahibi olmaqla yanaşı, fərdi uğura da imza atıb.
Belə ki, "Atlanta" argentinalı hücumçunun qol vurduğu 100-cü klub olub.
Qeyd edək ki, Messi bu yay PSJ-dən azad agent qimində ayrılaraq "İnter Mayami" ilə müqavilə bağlayıb.
Nihat