Rusiya təmsilçisi "Zenit"dən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna tranfser olunan Malkom rəhbərliyin Kilian Mbappeni heyətə qatmaq arzuları üzündən yeni komandasında 10 nömrəli futbolkanı geyinməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən jurnalist Ben Ceykobs yayıb.
Xəbərə görə, "Əl-Hilal" bossları PSJ-nin ulduz forvardını böyük pullar qarşılığında yola gətirə biləcəklərinə hələ də inanırlar və bu səbəbdən 10 nömrəli futbolkanı Malkoma verməyiblər.
Malkom "Əl-Hilal"da 77 nömrəli geyim dəsti ilə mübarizə aparacaq.
Qeyd edək ki, Mbappe PSJ-də 7, Fransa yığmasında 10 nömrəli formanı geyinir.
Nihat