PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin sabiq agenti Donato Di Kampli italiyalı futbolçunun Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna mümkün transferini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Sport Mediaset" Di Kamplinin dediklərini belə çatdırıb:
"Son səkkiz ayda Marko özünü qorxaq apardı. PSJ ilə müqaviləsinin müddəti başa çatırdı və onun "Barselona"ya keçmək imkanı var idi. Amma Parisdəki adamlarla mübarizə aparmaqdan qorxdu və təslim oldu. Markonun karyerası elə həmin vaxt sona çatdı. O, varlanacaq, amma heç vaxt çempion olmayacaq. Məndə olan məlumata görə, Səudiyyə Ərəbistanına yollanaraq çoxlu pul qazanacaq. Ancaq gözünü açıb görəcək ki, dəvələrlə səhrada qalıb".
2022/2023 mövsümündə PSJ forması ilə bütün turnirlərdə 38 matça çıxan Verratti 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun parislilərlə anlaşmasının müddəti 2026-cı ilin yayına qədərdir.
Nihat