"Valensiya" rəhbərliyi komandanın uruqvaylı hücumçusu Edinson Kavani ilə bağlı yekun qərarı bəllidir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "yarasalar" Kavaninin müqaviləsini qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozacaq. Mənbə "Valensiya" forması ilə ötən mövsüm çıxdığı 25 oyunda 5 qol vuran forvardın "Boka Xuniors"dan təklif aldığını vurğulayıb.
Qeyd edək ki, 36 yaşlı Kavani 2022-ci ilin avqustunda "Valesniya" ilə 2 illik müqavilə bağlayıb.
Nihat