Azad agent statusu daşıyan ispan müdafiəçi Serxio Ramos karyerasını MLS-də davam etdirməyə yaxındır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Ramosun xidmətində "Los-Anceles" maraqlıdır.
Bu keçid reallaşsa, Serxio PSJ-dəki sabiq komanda yoldaşına - hazırda "İnter Mayami"nin formasını geyinən Lionel Messiyə rəqib olacaq.
Qeyd edək ki, hazırda "Los-Anceles"də azarkeşlərin London "Arsenal"ından tanıdığı Karlos Vela və "Yuventus"un sabiq müdafiəçisi Corco Kyellini çıxış edir.
Nihat