"Nyukasl Yunayted"in hücumçusu Allan Sen-Maksimen karyerasını Səudiyyə ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Əl-Əhli" ilə bütün şərtləri razılaşdıran 26 yaşlı fransalı sosial şəbəkə hesablarında paylaşım edərək "sağsağanlar"la və azarkeşlərlə vidalaşıb.
Sen-Maksimen 2019-cu ildən "Nyukasl"da idi. O, bu klubun heyətində ümumilikdə 124 matça çıxaraq 13 qol və 21 məhsuldar ötürmə müəllifi olub.
Nihat