Bu yay "Çelsi"dən "Arsenal"a keçən almaniyalı yarımmüdafiəçisi Kay Haverts yeni komandası ilə "zadəganlar"ı müqayisə edib.
Fanat.Az xəbər verir ki, ESPN onun dediklərini belə çatdırıb:
"Burada "Çelsi"də gördüyümüzdən fərqli oyun tərzinə güvənirlər. Belə oyun üslubu mənə daha uyğundur. Əlbəttə, həmişə uyğunlaşmaya müəyyən zaman lazım olur. Komandada yeniyəm və mənə müəyyən vaxt lazımdır. Ancaq yüksək səviyyədə oynamaq üçün bacardığımı edirəm".
Qeyd edək ki, 2022/2023 mövsümündə "Çelsi" forması ilə bütün turnirlərdə 47 matça çıxaraq 9 qol vurub. 24 yaşlı "göylər"in heyətində Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.
Nihat