Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının 2-ci turu çərçivəsində Fransa və Braziliya milliləri qarşılaşıblar.
Fanat.Az xəbər verir ki, "Len Park" stadionunda (Brisben, Avstraliya) baş tutan görüş yetərincə gərgin alınıb.
Oyunda hesabı avropalılar açıb. Matçın 18-ci dəqiqəsində hücumçu Ejeni Le Somme fərqlənib. İkinci yarının əvvəllərində yarımmüdafiəçi Debinya hesaba tarazlıq gətirərək Braziliyanı ümidləndirib. Lakin 83-cü dəqiqədə Fransa qələbə qoluna sevinib. Oyunda son nöqtəni müdafiəçi Vendi Renar qoyub. Beləliklə, Avropa təmsilçisi cənubi amerikalıları 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, qadınlar arasında DÇ-2023 Yeni zelandiya və Avstraliyada keçirilir. İyulun 20-də start götürən turnir avqustun 20-nə qədər davam edəcək.
Nihat