Almaniyanın "Leyptsiq" klubunun hücumçusu Andre Silva karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Silvaya "Reyal Sosyedad" elçi düşüb və hazırda klublar bu yöndə danışıq aparır. Mənbə futbolçunun özünün də İspaniyada oynamaq variantına isti yanaşdığını vurğulayıb.
"Transfermarkt" portalı 27 yaşlı Andrenin transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.
Nihat