İngiltərənin "Çelsi" klubu serb hücumçu Duşan Vlahoviçin transferi üçün "Yuventus"la danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, "zadəganlar"ın nümayəndələri artıq Vlahoviçin özü ilə də əlaqə saxlayaraq ona illik 10 milyon avro maaş fonunda uzunmüddətli müqavilə təklif ediblər.
Daha öncə sözügedən oyunçunun adı PSJ ilə yanaşı hallanırdı.
Qeyd edək ki, Vlahoviç "Yuventus"a ötən yay "Fiorentina"dan transfer olunub. Onun turinlilərlə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Nihat