"Real Madrid"in mətbuat xidməti "Barselona"ya 0:3 hesabı ilə uduzduqları yoxlama oyununda zədələnən Ferlan Mendinin son durumu barədə məlumat yayıb.
Fanat.Az xəbər verir ki, müdafiəçinin sağ budunun ikibaşlı əzələsindən xəsarət aldığı bildirilib.
Sözügedən futbolçunun hansı müddətə sıradan çıxdığı açıqlanmayıb.
Qeyd edək ki, əzəli rəqiblərin sınaq qarşılaşmasının ilk yarısının sonlarında zədələnən Mendi Fran Qarsiya ilə əvəzlənmişdi.
Nihat