"Çelsi"nin 30 yaşlı yarımmüdafiəçisi Hakim Zieş uğrunda iki Səudiyyə Ərəbistanı təmsilçisi mübarizə aparır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən "CBS Sports"un jurnalisti Ben Ceykobs yayıb.
Xəbərə görə, bunlar sözegdən ölkənin "Əl-Şabab" və "Əl-Əhli" klublarıdır.
Daha öncə "Əl-Nəsr" Zieşə elçi düşmüş, lakin mərakeşli futbolçu tibbi müayinədən keçmək istəmədiyi üçün ona təklif edilən maaş 40 faiz azaldılmış və yekunda transfer baş tutmamışdı.
Zieş 2022/2023 mövsümündə "Çelsi" forması ilə bütün turnirlərdə 24 matça çıxaraq 3 məhsuldar ötürmə müəllifi olub.
Nihat