"Liverpul"un baş məşqçisi Yurgen Klopp seneqallı hücumçu Sadio Manenin "Bayern Münhen"dən "Əl-Nəsr"ə transferi ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Mirror" alman mütəxəssisin vaxtilə rəhbərliyi altında çıxış edən seneqallının keçidi barədə dediklərini belə çatdırıb:
“Nəyin səhv olduğunu bilmirəm. O, bizdən ayrılanda yaxşı formada idi, burdan dünya səviyyəli oyunçu kimi getdi. Bəlkə də yeni vəziyyət, yeni gözləntilər təsir edib. Sadio ilə bu barədə danışmamışam.
"Əl-Nəsr"? Sadio çox qürurlu insandır. Gəlin görək işlər necə olacaq. Səudiyyə Ərəbistanının transferlərə təsiri böyükdür. Bu, bizə də təsir edir, lakin bununla barışmalı olacağıq”.
Mane ötən yay 32 milyon avroya "Liverpul"dan "Bayern"ə keçmişdi. Alman klubunda o, bütün yarışlarda 38 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa