"Roma" braziliyalı müdafiəçisi Rojer İbanyesi Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna satıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, 24 yaşlı futbolçu müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Mənbə "Əl-Əhlinin" "canavarlar"a 25 milyon avro ödəyəcəyini və italyanların bu satışdan müxtəlif bonuslar şəklində daha 10 milyon avro qazana biləcəyini vurğulayıb. İbanyesin maaşı da açıqlanıb - hər mövsüm üçün 10 milyon avro.
Qeyd edək ki, "Roma" Rojeri "Atalanta"dan 9 milyon avroya transfer etmişdi. Sözügedən futbolçu Braziliyanın əsas millisində 2 dəfə yoldaşlıq oyununa çıxıb.
Nihat