"Vest Hem" "Mançester Yunayted"in iki futbolçusunu eyni vaxtda transfer etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Xəbərə görə, "çəkicdöyənlər" müdafiəçi Harri Maquayr və yarımmüdafiəçi Skott Maktominey üçün "qırmızı şeytanlar"a 69,6 milyon avroluq təklif göndərib. Mənbə tərəflərin hazırda bu yöndə danışıq apardığını bildirib.
30 yaşlı Maquayr ötən mövsüm MY forması ilə 31 oyuna çıxaraq məhsuldar göstəricilərlə yadda qalmayıbsa, 26 yaşlı Maktominey 39 qarşılaşmada 3 qol vurub və 1 dəfə komanda yoldaşının fərqlənməsinə şərait yaradıb.
Nihat