PSJ-dən ayrlması gündəmdə olan Neymar karyerasını "Barselona"da deyil, İngiltərə nəhəngində davam etdirməyə daha yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisinin baş məşqçisi Xavinin sərəncamında görmək istəmədiyi braziliyalı ulduzun xidmətində maraqlı olan "Çelsi" hazırda Paris klubu ilə danışıq aparır. Mənbə "Barsa"dan əli üzülən Neymarın özünün də bu variantı uyğun saydığını vurğulayıb. Cənubi amerikalıya vətəni Braziliyadan da real təklif gəldiyi, lakin 31 yaşlı hücumçunun indilik okeanın o tayına yollanmağı planlaşdırmadığı bildirilib.
Qeyd edək ki, daha öncə Neymarın sosial şəbəkə hesablarından PSJ-nin futbolçusu olması ilə bağlı məlumatı sildiyi üzə çıxıb.
Nihat