Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Taavun” “Nant”ın müdafiəçisi Andrey Jirottonu transfer edib.
Fanat.Az xəbər verir ki, 31 yaşlı arxa xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb.
Braziliyalı futbolçu 2017-ci ildən Liqa 1 klubunda forma geyinirdi. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
2023/2024 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi, Roberto Firmino, Fabinyo kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Kriştianu Ronaldu isə bu ilin yanvarından “Əl-Nəsr”də forma geyinir.