Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün 1/8 final mərhələsinin oyununda - Kolumbiyanın Yamaykanı tək qolla yenərək 1/4 finala yüksəldiyi görüşdə maraqlı anlar yaşanıb.
Fanat.Az xəbər verir ki, Avstraliyanın Melburn şəhərindəki "AAMİ Park - Melburn Rektanqular" stadionunda baş tutan matçın gedişində meydana kişi çıxıb.
Həmin şəxsin kimliyi və meydana hansı məqsədlə çıxması barədə indilik dəqiq məlumat yoxdur.
Qeyd edək ki, iyulun 20-də start götürən DÇ-2023 Avstraliya və Yeni Zelandiyada keçirilir. Turnir avqustun 20-nə qədər davam edəcək. Mundialın son qalibi ABŞ millisidir.
Nihat