"Mançester Yunayted" Harri Maquayrla vidalaşır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, MY "Vest Hem"in 30 yaşlı oyunçu üçün göndərdiyi 35 milyon avroluq son təklifi qəbul edib və "çəkicdöyənlər" futbolçunun özü ilə şəxsi müqavilənin detallarını razılaşdıracaq.
Qeyd edək ki, sözügedən futbolçu Mançester təmsilçisinə 2019-cu ildə "Lester"dən transfer olunub. Həmin vaxt "qırmızı şeytanlar" qarşı tərəfə 87 milyon avro ödəyib ki, bu da tarixin ən bahalı müdafiəçi transferidir.
Nihat