Niderlandlı hücumçu Vaut Verqhorst karyerasını Almaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Börnli"nin futbolçusu icarə əsasında "Hoffenhaym" klubuna keçib.
O, Bundesliqa komandası ilə 1 illik icarə müqaviləsi imzalayıb.
Vaut ötən mövsümün ilk yarısını icarə əsasında "Beşiktaş"da, yanvardan sonra isə "Mançester Yunayted"də keçirib.
Mirağa