PSJ-nin baş məşqçisi Luis Enrike komandanın dörd futbolçusunu sərəncamında görmək istəmir.
Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport" yayıb.
Xəbərə görə, bunlar Neymar, Marko Verratti, Renatu Şanşeş və Xuan Bernatdır. Mənbə mütəxəssisin artıq sözügedən oyunçulara onlarla bağlı qərarını çatdırdığını vurğulayıb.
Qeyd edək ki, Enrike bu yay PSJ-yə baş məşqçi təyin olunub. O, fransalı mütəxəssis Kristof Qaltyeni əvəzləyib.
Nihat