Gürcüstan Futbol Federasiyasının Hakimlər Komitəsinə yeni sədr təyin olunub.
Fanat.Az xəbər ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Sözügedən vəzifə türkiyəli sabiq FİFA referisi Cüneyt Çakıra həvalə edilib.
Qeyd edək ki, 44 yaşlı ədalət təmsilçisi FİFA Dünya Çempionatında və Rio-2016 Olimpiadasının 1/4 finalında idarəçiliyi ilə tanınıb.
Hazırda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinə də türkiyəli mütəxəssis - Barış Şimşek rəhbərlik edir.
Nahid Məmmədov