Londonun "Arsenal" klubunun 22 yaşlı hücumçusu Folarin Baloqun "İnter"ə keçməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
Mənbənin məlumattına görə, “neradzurri”nin rəhbərliyi “topçular"ın yüksək məbləğ tələbinə görə danışıqlardan imtina edib. Londonlular Baloqunun satışından ən azı 50 milyon avro əldə etmək istəyir, italyanlar isə 35 milyon ödəməyə hazırdır.
Hücumçu ötən mövsüm icarə əsasında Fransa "Reyms"ində çıxış edib. Baloqun Liqa 1-də 37 matçda iştirak edib, bu oyunlarda 21 qol (6-sı penaltidən) və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa