"Real Madrid" zədələnərək sıradan çıxan Tibo Kurtuanın mövqeyinə yeni qapıçı transfer etməyi planlaşdırır.
Fanat.Az COPE-yə istinadən xəbər verir ki, "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti "Mançester Yunayted"dən azad agent qismində ayrılan David de Xeanın heyətə qatılmasını istəmir.
Xəbərə görə, italiyalı çalışdırıcı de Xeanın 31 yaşlı belçikalını layiqincə əvəz edə biləcəyinə inanmır və bu barədə fikirlərini rəhbərliyə də çatdırıb. Mənbə hazırda "Real"ın "Sevilya"nın mərakeşli "çərçivə" qoruyucusu Yassin Bononun transferi üzərində işlədiyini vurğulayıb.
Qeyd edək ki, Kurtua məşq zamanı xaçvari diz bağları qopduğu üçün yaxın günlərdə əməliyyat olunacaq.
Nihat