Fransa millisinin və "Tottenhem"in qapıçısı Uqo Lyoris karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı insayder Fabris Hoykins yayıb.
Xəbərə görə, Lyoris hazırda Tibo Kurtuaya əvəzləyici axtarışında olan "Real Madrid"ə təklif olunub.
Xatırladaq ki, belçikalı dizin çarpaz bağlarındakı zədə səbəbindən mövsümün böyük hissəsini buraxacaq.
Fransalı qolkiperi "Real Madrid"ə onun agentləri təklif ediblər. Uqo bu yay "Tottenhem"dən ayrılacaq. Onun hotspurlularla müqaviləsinin müddətinin bitməsinə bir il qalıb, lakin Lyoris Gilyermo Vikarionun gəlişindən sonra ehtiyat oyunçular skamyasında oturmaq istəmir.
Lyoris 2012-ci ildən "Tottenhem"də çıxış edir. O, London klubunun heyətində bütün yarışlarda 447 oyun keçirib və 508 qol buraxıb.
Fransız qapıçı 2008-2022-ci illərdə millidə çıxış edib. Ümumilikdə o, Fransa millisində 145 oyun keçirib və 120 qol buraxıb, 2018-də dünya çempionu, 2021-ci ildə Millətlər Liqasının qalibi, DÇ-2022-nin və AÇ-2016-nın gümüş mükafatçısı olub.
Mirağa