Bu gün qadınlar arsında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün 1/4 final mərhələsinin oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Yeni Zelandiyanın Oklend şəhərindəki "Eden Park" stadionunda İsveç və yaponiya milliləri üz-üzə gəliblər.
Görüş İsveçin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Skandinaviya təmsilçisi yarımfinalda İspaniya ilə üz-üzə gələcək.
11 avqust
Qadınlar arasında DÇ-2023
Yaponiya - İsveç 1:2
Qollar: Honoki Hayasi, 87 - Amanda İlestedt, 32. Filippa Angeldal, 51.
Qeyd edək ki, iyulun 20-də start götürən mundial Avstraliya və Yeni Zelandiyada keçirilir. DÇ-2023 avqustun 20-nə qədər davam edəcək.
Nihat