"Çelsi"nin qapıçısı Kepa Arissabalaqa "Real Madrid"lə müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniya nəhənginin mətbuat xidməti məlumat yayıb.
Arissabalaqa bir mövsümlük icarəyə götürülüb.
Xatırladaq ki, "Real"ın qapıçısı Tibo Kurtua məşqdə xaçvari bağlarını zədələdiyi üçün uzun müddətə sıradan çıxıb.
Nihat