"Milan"ın yarımmüdafiəçisi Şarl de Ketelare 2023/2024 mövsümünü digər A Seriyası təmsilçisində keçirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, "Atalanta" belçikalı futbolçunu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə 1 mövsümlük icarəyə götürəcək. Mənbə tərəflərin artıq razılığa gəldiyini və Şarlın yaxın vaxtlarda tibbi müayinədən keçəcəyini vurğulayıb.
Qeyd edək ki, "Milan" de Ketelareni 2022-ci ilin yayında "Brügge"dən alıb. 35,5 milyon avro qarşılığında transfer edilən 22 yaşlı futbolçu "qırmızı-qaralar"ın heyətində sərgilədiyi oyunla ümidləri doğrulda bilməyib.
Nihat