"Mançester Siti"nin müdafiəçisi Emerik laport karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə qərar verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Football Talk" yayıb.
Mənbə 29 yaşlı Laportun "Əl-Nəsr"lə razılığa gəldiyini və "şəhərlilər"in onu satmağa hazır olduğunu vurğulayıb.
Fransa əsilli ispaniyalının MS ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Hazırda "Əl-Nəsr"də Kriştianu Ronaldu və Sadio Mane kimi ulduzlar çıxış edir.
Nihat