PSJ-ni Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna dəyişən Neymarın illik 100 milyon avro əməkhaqqıdan başqa hansı şərtlər qarşılığında transferə razılıq verdiyi açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "El Partidazo de COPE" yayıb.
Mənbə braziliyalı hücumçunun 25 otağı, 3 saunası və basseyni olan villada yaşayacağını vurğulayıb. Cənubi amerikalıya 9 müxtəlif nəqliyyat vasitəsi ayrıldığı, eləcə də otel, restoran və bütün səfər xərclərinin "Əl-Hilal" tərəfindən ödəniləcəyi diqqətə çatdırılıb.
Daha öncə Neymarın şəxsi təyyarə ilə təmin ediləcəyi və sevgilisi ilə nikahı olmadığı halda, Səudiyyə Ərəbistanında onunla yaşaya biləcəyi barədə məlumatlar dərc edilib.
Nihat