Qapıçı Tim Krul Çempionşip təmsilçisi "Norviç"i elita klubuna dəyişib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı niderlandlı İPL-in debütantı "Luton Taun"la müqavilə bağlayıb.
Niderland millisinin heyətində DÇ-2014-ün bürünc medalını qazanan qolkiper yeni klubunda 23 nömrəli formanı geyinəcək.
Krul 2022/2023 mövsümündə "Norviç" forması ilə bütün turnirlərdə 17 matça çıxıb.
Nihat