İngiltərə millisinin və "Arsenal"ın sabiq futbolçusu Teo Uolkott karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə açıqlama yayıb.
Futbolçu 34 yaşında butslarını mıxdan asıb.
Hücumçunun son iş yeriyetirməsi olduğu "Sauthempton" olub.
Uolkott karyerasının böyük hissəsini "topçular"la keçirib. Forvard London komandasının heyətində 397 matçda iştirak edib, bu oyunlarda 108 qol vurub, 80 məhsuldar ötürmə edib. Teo İngiltərə millisində 47 oyuna çıxıb və 8 qol vurub.
Hücumçu ötən mövsüm Premyer Liqada 20 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Mirağa