Braziliyada "Korintians"ın azarkeşləri ilə dolu avtobus magistral yolda aşıb.
Fanat.Az "Globo"ya istinadən xəbər verir ki, avtomobil qəzası nəticəsində azı 7 nəfər ölüb.
Mənbənin məlumatına görə, qəza Belo Horizonte şossesində baş verib.
“Kruzeyro” ilə səfər oyunundan (1:1) San-Pauluya qayıdan avtobusda 46 nəfər olub. Aşan avtobusun altında qalan 7 nəfər yerindəcə ölüb, daha on nəfər yaralanıb.
Mirağa