"İnter Mayami"nin hücumçusu Lionel Messi Amerika klubunda ilk kuboku qazanıb.
Fanat.Az xəbər verir ki, argentinalı ulduzun komandası Liqa Kubokunun qalibi olub.
"Sports Illustrated"in məlumatına görə, bu, Messinin karyerasında 44-cü kubokdur.
36 yaşlı futbolçu karyerasında 43 kubok qazanan müdafiəçi Dani Alveşi geridə qoyub, tarixin ən çox mükafat alan futbolçusu olub.
Messi “Barselona” ilə 10 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının qalibi olub, 8 dəfə İspaniya Superkubokunu, 7 dəfə İspaniya kubokunu, həmçinin Klublararası Dünya Kubokunu və Avropa Superkubokunun hər birini 3 dəfə qazanıb.
Bundan başqa, o, PSJ-nin heyətində 2 dəfə Fransa çempionu, 1 dəfə ölkə Superkubokunu əldə edib.
Leo Argentina millisi ilə Dünya Kubokunu, Amerika Kubokunu qazanıb, Olimpiadanın qalibi olub, Gənclər Dünya Çempionatının, həmçinin "Finalissima"nın kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, bu yay "İnter Mayami"yə keçən Messi ABŞ təmsilçisində meydana çıxdığı 7 oyunun hamısında fərqlənərək 10 qola imza atıb.
Mirağa