Ukrayna Premyer Liqasında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin komandası - “Polesye” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə LNZ ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.
Emil də bu görüşün iştirakçısı olub. O, bu matçın start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
4 turdan sonra “Polesye” 6 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.