"Atletiko Madrid"in yarımmüdafiəçisi Rodriqo De Paul karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, De Paulun transferi "Napoli"nin yarımmüdafiəçisi Pyotr Zelinskini heyətinə qata bilməyən "Əl-Əhli" üçün prioritet hədəfdir. Mənbə ərəblərin yay transfer pəncərəsi bağlanana qədər keçidi reallaşdırmağı vacib saydıqlarını vurğulayıb.
Qeyd edək ki, Argentina millisinin heyətində son dünya çempionatının qalibi olan 29 yaşlı Rodriqo 2021-ci ildən "Atletiko"nun formasını geyinir. Ötən mövsüm La Liqada 30 matça çıxan cənubi amerikalı iki qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat