İngiltərənin "Reksem" klubunun qapıçısı Ben Foster peşəkar futbolçu karyerasını bitirdiyini elan edib.
Fanat.Az sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilis qolkiper ikinci dəfə butslarını mıxdan asdığını açıqlayıb.
Belə ki, 2022-ci ilin sentyabrında yaşıl meydanlarla vidalaşdığını bildirən qolkiper bu ilin martında "Reksem"lə müqavilə bağlamışdı.
Qeyd edək ki, təcrübəli "çərçivə" qoruyucusu "Reksem"in forması ilə 12 oyun keçirib.
Nahid Məmmədov