"Bayern Münhen"in müdafiəçisi Benjamen Pavarın "İnter"ə transferi razılaşdırılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, fransız futbolçu yaxın vaxtda tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq.
"Neradzurri" futbolçunun transferi üçün almanlara 30 milyon avro ödəyəcəklər. Sövdələşməyə bir neçə milyon məbləğində bonuslar da daxildir.
Pavar 2019-cu ildən Almaniya nəhəngində çıxış edir. 27 yaşlı müdafiəçi ötən mövsüm münhenlilərin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 7 qol vurub və bir məhsuldar ötürmə edib. Onun "Bayern" ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.
Mirağa