"Mançester Yunayted"in yarımmüdafiəçisi Meyson Maunt İngiltərə Premyer Liqasının 2-ci turunun oyununda - "Tottenhem"lə matçda zədələnib.
Fanat.Az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, o, qarşıdakı iki turda komandasına kömək edə bilməyəcək.
Mauntun milli komandaların oyunları ilə əlaqədar daxili birinciliklərdə yaranacaq fasilədən sonra sıraya dönəcəyi vurğulanıb.
Qeyd edək ki, növbəti turda "Nottinhem Forest"lə üz-üzə gələcək MY sentyabrın 3-də "Arsenal"la qarşılaşacaq.
Nihat