"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bröyne komanda yoldaşlarına jest edib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, belçikalı futbolçu "şəhərlilər"in bütün oyunçularına platin korpuslu "iPhone" markalı telefonlar bağışlayıb.
De Bröynenin bu addımı İngiltərə Kubokunun, İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi adını qazandıqları üçün atdığı bildirilib.
Qeyd edək ki, 2022/2023 mövsümündə İPL-də 32 oyuna çıxan Kevin 7 qol 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov