Yan Sommerin “İnter”ə satılması və Manuel Noyerin bərpa prosesinin yubanması ilə əlaqədar qapıçı mövqeyində kadr çatışmazlığı yaşayan "Bayern Münhen" problemin həllini tapıb.
Fanat.Az xəbər verir ki, Almaniya çempionu Tel-Əviv "Makkabi"sinin qapıçısı Daniel Peresi transfer etməyə yaxındır.
İnformasiyanı insayder Florian Plettenberq yayıb. Onun məlumatına görə, 23 yaşlı qolkiperin transfer qiyməti bonuslarla birlikdə 5 milyon avro olacaq. İsrail millisində bir oyun keçirən Pereslə müqavilə 4 illik - 2027-ci ilin yayına qədər olacaq.
Cari mövsümdə Peres Konfrans Liqasının seçmə mərhələsində artıq 4 oyun keçirib və bunlarda cəmi 1 qol buraxıb.
Mirağa