Braziliyanın "Flamenqo" klubunun hücumçusu Pedro Abreu karyerasını Rusiyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Globo" yayıb.
Məlumata görə görə, hazırda "Zenit" oyunçunun agentləri ilə danışıq aparır. Mənbə Sankt-Peterburq təmsilçisinin Abreu üçün "Flamenqo"ya 25 milyon avro təklif edəcəyini vurğulayıb. Xəbərdə ön xətt oyunçusunun "qırmızı-qaralar"ın baş məşqçisi ilə yola getmədiyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, Pedro ötən mövsüm çıxdığı 41 matçda 27 qol vuraraq komandasının ən yaxşı bombardiri olub.
Nihat