"Bayern Leverkuzen"in iranlı hücumçusu Sərdar Azmun İtaliyadan daha bir təklif alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Milan"ın ardından "Roma" da Almaniya klubuna 28 yaşlı oyunçu üçün rəsmi müraciət ünvanlayaraq öz şərtlərini açıqlayıb. Mənbə Azmunun yaxın saatlarda yekun qərarını verəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Sərdarın Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat