"Liverpul"un hücumçusu Məhəmməd Salah kareyrasını Səudiyyə Ərəbistanında davam etdirməyə razılıq verib.
Fanat.Az xəbər verir ki, məlumatı "beIN Sports" yayıb.
Məlumata görə, misirli forvard müəyyən müddət davam edən danışıqlardan sonra "Əl-İttihad" rəsmilərinə "hə" deyib.
Daha öncə Səudiyyə Ərəbistanı təmsilçisinin Salah üçün "Liverpul"a azı 90 milyon avro təklif edəcəyi, oyunçunun özünə isə illik 80 milyon avro maaş ödəməyi planlaşdırdığı barədə informasiyalar yayılmışdı.
Salahın "qırmızılar"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
"Əl-İttihad"da Kərim Benzema, Nqolo Kante və "Liverpul"da Salahın komanda yoldaşı olmuş Fabinyo da çıxış edir.
Nihat