“Liverpul” futbol klubu Müstəqillik Günündə Ukraynaya dəstək vermək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu münasibətlə “Enfild” stadionu sarı və mavi işıqlarla işıqlandırılıb.
Bununla bağlı “mersisaydlılar”ın rəsmi "Twitter" hesabında deyilir:
"Ukraynanın Müstəqillik Günüdür və Ukrayna xalqı ilə sarsılmaz həmrəyliyimizi nümayiş etdirmək üçün "Enfild" stadionu bu gecə Ukrayna rənglərində işıqlandırılır".
Bundan əlavə, klub öz azarkeşlərini Ukraynaya kömək üçün ianə verməyə çağırıb.
Mirağa