"Qalatasaray"ın yarımmüdafiəçisi Yunus Akgün karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 23 yaşlı Akgün Çempionşip təmsilçisi "Lester"ə icarəyə veriləcək. Razılaşmaya əsasən, türk futbolçu cari mövsüm 25 oyunda meydana çıxsa, "tülkülər" 10 milyon avro ödəyərək onun transfer hüquqlarına yiyələnəcək.
Yunus "Qalatasaray"ın öz yetirməsidir. O, iki dəfə "Adana Demirspor"da icarədə olub.
Nihat