İngiltərənin "Lids" klubu niderlandlı hücumçu transfer edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Çempionşip təmsilçisi "Sunosi"nin forvardı Joel Piroeni heyətinə qatıb.
Niderlandlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.
Piroe "Lids"də 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, PSV-nin yetirməsi olan Joel 2021-ci ildən "Suonsi"də idi.
Nihat