FİFA-nın İntizam Komitəsi İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesi vəzifəsindən kənarlaşdırıb.
Fanat.Az xəbər verir ki, qurum funksioneri Qadınlar arasında Dünya Kubokunun finalından sonra keçirilən mükafatlandırma mərasimindəki davranışına görə sanksiyaya məruz qalıb.
O, İspaniya millisinin futbolçusu Cennifer Hermosonun razılığı olmadan onun dodaqlarından öpdüyünə görə ictimaiyyətin təzyiqinə məruz qalıb.
Çoxsaylı qınaq bəyanatlarına baxmayaraq federasiya rəhbəri istefa vermək istəmirdi.
Beləliklə, Rubiales FİFA tərəfindən ona qarşı açılan intizam işinin icraatına qədər olan müddətdə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən 90 gün müddətinə uzaqlaşdırılıb.
Mirağa