"Bayern Münhen"in hücumçusu Harri Keyn Münhen klubuna keçməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Bild" bu yay "Tottenhem"i Almaniya nəhənginə dəyişən ingilis forvardın dediklərini belə çatdırıb:
"Bayern"ə transfer olunmağım başqa futbolçulardan ilhamlanmağım sayəsində reallaşdı. Məsələn, Devid Bekhemin "Mançester Yunayted"dən "Real"a keçdiyini yaxşı xatırlayıram. O zaman uşaq idim, amma bu olaydan necə təsirləndiyim yadımdadır. Həmişə özümü başqa çempionatda sınamaq istəmişəm".
Keynin transferi "Bayern"ə 100 milyon avrodan artıq məbləğə başa gəlib. Onun münhenlilərlə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Nihat