"Tottenhem" İngiltərə Liqa Kubokunda çıxışını erkən tamamlayıb.
Fanat.Az xəbər verir ki, London təmsilçisi turnirin 1/32 final mərhələsində mübarizəni dayandırıb.
Anqe Postekoqlunun komandasını "Fulhem" nokauta salıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Van de Ven və Riçarlison fərqlənən futbolçular olublar.
Penaltilər seriyasında isə "Tottenhem" qeyri-dəqiq olub və kuboku tərk edib.